Azarkeşlər bazaya hücum etdi, matç təxirə salındı
Futbol üzrə Fransa çempionatının 22-ci turu çərçivəsində bu gün keçirilməli olan “Olimpik” (Marsel) – “Renn” oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna Marsel təmsilçisinin bir qrup azarkeşinin klubun bazasına hücumu səbəb olub.
Hadisə ilə bağlı yerli polis tərəfindən azı 25 azarkeş saxlanılıb. Marsel təmsilçisi isə təhlükəsizlik səbəbindən Liqa 1 rəhbərliyindən “Renn”lə matçın təxirə salınmasını xahiş edib. Klubun bu istəyi nəzərə alınıb və qarşılaşmanın sonrakı günlərdə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bu gecə keçirilməli olan “Olimpik” – “Renn” matçına saat 00:00-da start verilməli idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin