Azarkeşdən Mahir Emreliyə: “Yaxşı oynadın, dostum”

“Legiya”da (Polşa) çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Yagelloniya”ya 1:0 hesabı ilə qalib gəldikləri 16-cı turun oyunundan sonra klubun azarkeşi ilə görüşüb.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə “instaqram” hesabında paylaşım edib.

Mahirlə söhbət edən azarkeş, ona “Yaxşı oynadın, dostum. “Legiya”nın tarixi qədimdir. Buna görə də, daha yaxşı oynamağa çalışmalısan” deyib.

Emreli isə “Legiya” fanatına “Mən ən yaxşısını etməyə çalışıram” cavabını verib.

“Yagelloniya” ilə oyunda qolun ötürməsini Emreli verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button