Azarkeş futbolçunu vurdu, oyun təxirə salındı – VİDEO

Kolumbiya liqasının “Deportes Tolima” – “Millonarios” matçı təxirə salınıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın yarımmüdafiəçisi Daniel Katanyonun azarkeş hücumuna məruz qalması olub.

Oyunun start fitinə bir neçə saniyə qalmış azarkeş meydançaya doğru qaçaraq, futbolçunun kürək nayihəsinə yumruq zərbəsi endirib.

Bundan dərhal sonra oyunçu polis tərəfindən saxlanılan azarkeşin arxasınca qaçıb. Daha sonra hakim qarşılaşmanı dayandırmaq qərarını verib.

Daniel Katanyo keçən ilin yayında “Deportes Tolima”dan “Millonarios”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button