Azarkeş irqçilik şüarlarına görə həbs olundu
İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirdikləri oyun zamanı irqçiliklə üzləşib.
Komanda.az xəbər verir ki, meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatan matçın ilk yarısında qonaq azarkeşlərin yer aldığı sektordan bir nəfər Sterlinqin ünvanına irqçi şüarlar səsləndirib.
Bunu eşidən arenanın stüardları həmin azarkeşi dərhal tribunadan uzaqlaşdırıblar və polisə təqdim ediblər. Britaniya polisi ötən gün bu faktı rəsmən təsdiqləyib. Onlar bolqar fanatı ictimai asayişi pozduğu üçün saxladıqlarını bəyan ediblər. Artıq həmin fanat azadlığa buraxılıb.
Sterlinq bolqarları darmadağın etdikləri qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin