Azarkeş infarkt keçirdi, Premyer Liqa matçı yarımçıq dayandırıldı
Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Uotford” – “Çelsi” matçında azarkeşlərdən biri infarkt keçirib.
Komanda.az xəbər verir ki, buna görə qarşılaşma 12-ci dəqiqədə dayandırılıb.
Görüşü saxlayan referi futbolçuları paltardəyişmə otağına göndərib. “Çelsi”nin həkimləri dərhal tribunaya çıxaraq həmin azarkeşə ilkin tibbi yardım göstərib. Onun vəziyyəti sabitləşdikdən sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Azarkeşin sağlıq durumu ilə bağlı dəqiq məlumat olmadan meydana çıxmaqdan imtina edən futbolçular yalnız sevindirici xəbəri aldıqdan sonra meydana dönüblər. Onlar isinmə hərəkətlərini yerinə yetirdikdən sonra qarşılaşmanın hakimi oyunu qaldığı yerdən davam etdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin