Azarkeş futbolçunu vurdu, oyun yarımçıq dayandı

Fransanın “Bordo” klubunun prezidenti Jerar Lopes Liqa 2-nin 38-ci turunun “Rodez”lə yarımçıq qalan matçını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi üç vacib məqamı vurğulayıb:

“Birincisi, klubun bir sıra hüquqi məsələlərini qorumaq vacibdir. Rəqibin futbolçusuna hücum edən şəxsdən hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. İkincisi, istərdik ki, görüş neytral meydançada, idman prinsipləri ilə baş tutsun. Axı bu, futboldur. Üçüncüsü, biz bazar ertəsi iclas təşkil edəcəyik və məsələləri bir daha müzakirəyə çıxaracağıq”.

Xatırladaq ki, qarşılaşmanın 20-ci dəqiqəsində meydan sahiblərinin azarkeşi görüşdə hesabı açan “Rodez”in futbolçusunu vurub.

Bazar ertəsi Fransanın Peşəkar Futbol Liqası tərəfindən “Bordo” – “Rodez” matçının taleyini həll etmək məqsədiylə komissiya təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button