Amerikalı müğənninin fanatı olduğunu dedi, azarkeşlərin qəzəbinə səbəb oldu

“Vest Hem”in baş məşqçisi Qrem Potter amerikalı müğənni Taylor Sviftin böyük pərəstişkarı olduğunu etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis həmçinin, “Oazis” və “Maine Road” kimi qrupları dinləməkdən həzz alır. O, bütün bunları London radiolarından birinə müsahibəsində etiraf edib.

Potterin etirafı London klubunun azarkeşləri arasında kifayət qədər səs-küyə səbəb olub. Onun amerikalı müğənniyə heyran olması hamının xoşuna gəlməyib, bəziləri hətta qəribə də olsa, bunu İngiltərənin milli maraqlarına xəyanət kimi qiymətləndirib.

İndi “Vest Hem” azarkeşləri arasında Potteri istefaya çağıran hərəkat getdikcə güclənir. Nəticələr də onun xeyrinə deyil. Komanda onun baş məşqçi təyinatından keçən bir aydan artıq müddətdə cəmi bir qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button