
Azad olunmuş ərazilərdə ilk idman yarışı
İşğaldan azad olunmuş torpaqlarda ilk idman yarışına – avarçəkmə üzrə Prezident kubokuna 10-dək ölkə qatılacaq.
Bu barədə Komanda.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış Suqovuşanda start götürəcək. Mübarizəyə 10-dək ölkədən idmançı qatılacaq. Mayın 6-da Suqovuşanda başlayacaq Prezident kuboku Mingəçevirdə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin