“Az şans qazanması onun burda çox qalmayacağını göstərir”

Almaniyanın “Bavariya” klubunun futbolçusu Duqlas Kosta komandadan ayrılmağa hazırlaşır.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, icarə əsasında “Bavariya”da çıxış edən futbolçunun meneceri Covanni Brançini Kostanın Münhen klubundan ayrılmaq ehtimalının böyük olduğunu bildirib:

“Onun komandada qalması çətin görünür. İndidən nələrisə təxmin etmək istəmirəm, futbolda hər an işlər dəyişə bilər. Kostanın yaxşı səviyyəsi var, amma son zamanlarda mütəmadi oynamır. Az şans qazanması onun burda çox qalmayacağını göstərir”.

Oktyabr ayında icarə əsasında “Yuventus”dan “Bavariya”ya qatılan 30 yaşlı futbolçunun klubla icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button