“Liverpul”un futbolçusu narazıdır
İngiltərənin “Liverpul” klubunun futbolçusu Xerdan Şakiri açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, isveçrəli futbolçu, “qırmızılar”da əsas heyətə düşə bilməməsindən gileylənib:
“Çox istedadlı, səviyyəli heyətimiz var. Buna görə də, bəzi futbolçuların müəyyən qədər gözləməsi lazımdır. “Liverpul”a transfer olunduğum üçün bir saniyə belə, peşman olmamışam. Daha çox oynamaq istəyirəm, bu komandada bəlli bir yerim var. Nəyə qadir olduğumu, İngiltərə futboluna uyğun olduğumu bilirəm. Hər futbolçu oynamaq istəyər. Az oyun keçirirəm və bundan məmnun deyiləm. Amma bundan başqa, “Liverpul”da çox xoşbəxtəm. Baş məşqçimiz Yurgen Kloppla problemim yoxdur. Hər zaman hazıram və mənə şans verməsini gözləyirəm”.
2018-ci ildə “Stok Siti”dən “Liverpul”a transfer olunan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. 27 yaşlı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 4 oyunda iştirak edib, qol hesabını aça bilməyib.
Bizi Facebook-da izləyin