Az maaşa razıdır – Təki “Barselona”ya qayıtsın
“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq “Barselona”ya qayıtmaq üçün daha az maaşa razıdır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu London klubunda çox oynamadığı üçün məyusdur. O, yayda Kataloniya komandasına qayıtmaq üçün daha az maaş almağa hazırdır.
Obameyanq 2022-ci ilin yanvar-sentyabr aylarında “Barselona”da çıxış edib və daha sonra “Çelsi”yə keçib. O, 2022/23 mövsümündə londonluların heyətində 18 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin