![](https://komanda.az/wp-content/uploads/2023/07/hendbol.jpg)
“Azəryol” “Qarabağ”a qalib gəldi
Həndbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, qadınların final mərhələsində 1-4-cü yerlər uğrunda yarışan “Azəryol” “Qarabağ”la üz-üzə gəlib.
“AHF Arena”da keçirilən görüş “Azəryol”un 32:21 hesablı qələbəsi ilə nəticələnib.
Kişi həndbolçuların çempionatında 5-6-cı yerlər uğrunda mübarizə aparan U-17 “Dinamo” ilə görüşüb. Qarşılaşma “Dinamo”nun 40:35 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin