“Azərreyl” CEV Kubokundakı ilk matçında uduzdu

Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk matçına çıxıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi 1/32 finalda Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyun rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” kollektivi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button