“Azərreyl-2” və “Abşeron”dan qələbə
16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyində növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında iki görüş baş tutub.
“Azərreyl-2” komandası “İlkin”i (2:0), “Abşeron” isə “Ryuga”nı (2:0) məğlub edib.
Birinciliyin daha 5 görüşü fevralın 4-də reallaşacaq. Həmin gün “Azərreyl-4” – “Murov Az Terminal” (10:00), “Azərreyl-1” – “Sumqayıt” (11:30), “Milli Aviasiya Akademiyası” – “Lokomotiv” (13:00), “Xarı Bülbül Şuşa” – “Dinamo” (14:30) və “Xarı Bülbül Laçın” – “Aura” (16:00) qarşılaşmaları oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin