
Azərbaycanlı voleybol hakimi beynəlxalq oyuna təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, qadınlar arasında CEV kubokunun pley-off mərhələsində Türkiyənin “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə ikinci hakim olacaq.
Qarşılaşma yanvarın 23-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin