
Azərbaycanlı veteran cüdoçu 12-ci dəfə dünya çempionu olub
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Komanda.az xəbər verir ki, o, ABŞ-ın Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış noyabrın 7-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin