Azərbaycanlı taekvondoçu Türkiyədəki beynəlxalq turnirdə “gümüş” qazanıb
Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Komanda.az-a verilən məlumata görə, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.
Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin