Reytinq: “Şah” 3 pillə gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun mövqeyi dəyişib. Ötən ay 2781 xalla 5-ci pillədə olan 33 yaşlı “Şah”, 3 pillə geriləyərək 8-ci olub. Onun aktivində 2774 xal var.
Teymur Rəcəbov da əvvəlki mövqeyində qalıb. 2759 xala malik Rəcəbov yenə 12-cidir. Arkadi Naydiç 2681 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.
Qadın şahmatçılara gəlincə, Günay Məmmədzadə 2436 xalla 40-cı pillədə qalıb. Ötən ay 92-ci pillədə olan Xanım Balacayeva isə bu dəfə “100-lüy”ü tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin