Azərbaycanlı şahmatçı Niderlandda “qızıl”a sahib oldu

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

Komanda.az xəbər verir ki, 47 ölkədən 63 komandanın mübarizə apardığı yarışda Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma olimpiadanı 12-ci pillədə başa vurub. Read Səmədov isə birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button