Azərbaycanlı şahmatçı Moskvada çempion oldu
Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open 2020” turnirinə yekun vurulub.
Komanda.az xəbər verir ki, yarışın sonuncu turunda birinci yer uğrunda oyun iki azərbaycanlı şahmatçı – Rauf Məmmədov və Aydın Süleymanlı arasında olub.
Qarşılaşma heç-heçə bitib. Turnirin qalibi əlavə göstəricilərə görə Aydın Süleymanlı olub.
Turnir ərzində möhtəşəm oyun sərgiləyən Süleymanlı (bütün oyunlarda rəqiblərin reytinqi 2600+ olub) növbəti uğura nail olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin