
Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarında
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.
Komanda.az xəbər verir ki, Hikmət Qafarlı futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Avqustun 20-dən 25-dək davam edəcək oyunlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda “Tirana” (Albaniya), “Haladaş” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin