Azərbaycanlı qılıncoynadan Estoniyada bürünc medal qazanıb

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq “Baltic Cup” turnirində bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 20 yaşadək idmançıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadan bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15:12 hesabı ilə məğlub edib.

Onun 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. Fətullayev bu dəfə Nikita Aniskodan üstün olub – 15:6.

Azərbaycan təmsilçisi yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15:14 hesabı ilə üstələyib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma 13:14 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button