Azərbaycanlı qardaş hakimlərə yeni təyinat
Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) yeni təyinat alıblar.
Komanda.az xəbər verir ki, təcrübəli referilər qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti təmsil edəcəklər.
Söhbət Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşdən gedir.
Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin