Azərbaycanlı paragüllə atıcısı dünya kubokunda “bürünc” qazanıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən dünya kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button