Azərbaycanlı nazirlər Serbiya ilə səfər matçını stadiondan izlədi

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya ilə səfər matçını azərbaycanlı nazirlər də canlı izləyiblər.

Komanda.az xəbər verir ki, Belqradda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə sənayesi naziri Mədət Quliyev millimizə tribunadan dəstək veriblər.

Belqraddakı “Rayko Mitiç” stadionunda keçirilən oyunda azərbaycanlı nazirləri Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib. O, Bayramov və Quliyevlə stadionda çəkdirdiyi birgə şəklini sosial şəbəkə hesabında da paylaşıb.

Serbiya – Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button