Azərbaycanlı məşqçi istefaya göndərildi
Moldovanın “Dinamo-Avto” klubu azərbaycanlı məşqçi Novruz Əzimovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Novruz Əzimov bu ilin sentyabrında “Dinamo-Avto”nun baş məşqçisi təyin edilmişdi. Sözügedən komanda Moldova Super Liqasında mövsümün əsas hissəsini sonuncu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin