Azərbaycanlı idmançılar ölkəyə “gümüş” gətirdilər
Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları ölkəyə qayıdıblar.
Komanda.az xəbər verir ki, qılıncoynadanları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Yarışda Azərbaycanı 4 idmançı təmsil edib. Zərifə Hüseynova qızların şəxsi yarışında gümüş medal qazanıb və tarixi uğura imza atıb. Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov isə turniri medalsız başa vurublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin