Azərbaycanlı idmançı Ukraynada itkin düşüb
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.
Komanda.az xəbər verir ki, Nikolayev şəhərində yaşayan həmvətənimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.
Nikolayevin azərbaycanlı polisi Turan Fikrət bildirib ki, Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, “Çerniqovskaya” metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.
Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin