Azərbaycanlı hücumçudan Almaniyada növbəti qol
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 12-ci turunda Berlinin digər təmsilçisi “Viktoriya” ilə qarşılaşıb.
“Dinamo”nun meydanında baş tutan matçda qalib müəyyənləşməyib – 3:3. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da Rüfət vurub. O, 32-ci dəqiqədə fərqlənib.
“Dinamo” hazırda 25 xalla zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin