Azərbaycanlı hücumçu “Şalke”yə qələbə qazandırdı
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 38-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin