Azərbaycanlı hücumçu “Şalke”yə qələbə qazandırdı
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 37-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Uerdingen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3.
Rüfət də bu oyunun iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da azərbaycanlı futbolçu vurub. Hücumçumuz 80-ci dəqiqədə fərqlənməklə komandasına vacib qələbə qazandırıb.
“Şalke 2” bu nəticədən sonra 44 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin