İngiltərə klubundan Mahir Emrelinin yanına gəldi
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Varşava təmsilçisi İngiltərənin “Nottingem Forest” klubundan Yuri Ribeyronu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan Yuri 2019-cu ilin yayından “Nottingem Forest”də idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin