Mahir Emreli – “Legiya”nın lideri!

Azərbaycanlı hücumçu Mahir Emreli bu mövsüm “Legiya”da qol sayına görə liderdir.

Komanda.az xəbər verir ki, bu barədə “legia.net” saytı məlumat yayıb. Xəbərdə, Emrelinin Varşava klubunda bu mövsüm ən çox qol vuran futbolçu olduğu bildirilib.

Mahir “Legiya” ilə 20 rəsmi oyuna çıxıb. O, 10 avrokubok, 8 Ekstraklasa, 1 ölkə kuboku, 1 də superkubok matçında iştirak edib. 24 yaşlı oyunçu bu matçlarda 10 qol vurub, 1 məhsuldar ötürmə edib.

Mahirdən sonra ən çox qol vuran Tomaş Pekqart və Ernest Muçidir. Onlar hərəyə 3 qol vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button