Azərbaycanlı hakimlərin beynəlxalq dərəcəsi yüksəldi

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləyib.

Komanda.az xəbər verir ki, Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

Eldar Məmmədov və Kamran Baxışov 3-cü dərəcədən 2-ci dərəcəyə yüksəlib. Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək 3-cü dərəcəyə sahib çıxıb.

Hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button