Azərbaycanlı hakimlər İsveçrə klubunun qələbəsinə şahidlik etdilər

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.

Komanda.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) oyununda iş başında olub.

Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.

Bolqarıstanda keçirilən görüşdə qonaq İsveçrə təmsilçisi 1:0 hesablı qələbə qazanaraq (ilk oyun – 0:0) növbəti mərhələyə yüksəliblər.

Əliyar bu oyunda hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button