Azərbaycanlı hakimlər beynəlxalq kursda iştirak ediblər

Azərbaycanlı hakimlər Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təşkil olunan “2025-2028 qitələrarası hakimlik kursları”nda iştirak ediblər.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Kurslarda kişi idman gimnastikası üzrə hakimlərimiz Zəkəriyyə Muradlı və Eldar Səfərov təmsil olunub. Z.Muradlı kurs üzrə yekun imtahanla 3-cü, E.səfərov isə 4-cü kateqoriyaya sahib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button