Azərbaycanlı hakimlər avrokubok oyununa təyinat aldılar
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları avrokubok oyununa təyinat alıblar.
Komanda.az xəbər verir ki, onlar kişilər arasında EHF Avropa Liqasının qrup mərhələsinin oyununda ədaləti qoruyacaqlar.
Bu, Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.
Qarşılaşma noyabrın 28-də Novi-Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin