
Azərbaycanlı hakimlər Almaniya millisinin oyununa təyinat alıb
Futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.
Komanda.az xəbər verir ki, onlar DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək. Oyun noyabrın 9-da, Slovakiyanın Levice şəhərində keçiriləcək.
Qarşılaşmanın birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin