
Azərbaycanlı hakim UEFA Gənclər Liqasının oyununa təyinat alıb
FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb. O, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.
Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



