
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Umudlu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin