Azərbaycanlı hakim Türkiyə klubunun oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti dəfə Avropa Voleybol Konfederasiyasından təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Türkiyədə kişilərdən ibarət “Halkbank Ankara” və Bolqarıstanın “Hebar Pazardzhik” komandaları arasında keçiriləcək Çempionlar Liqasının B qrupunun oyununu idarə edəcək.
Oyunun ikinci dərəcəli referisi fransalı Kantal Kaiser olacaq.
Görüş yanvarın 25-də Ankarada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin