
Azərbaycanlı hakim PSJ – “Tottenhem” matçına təyinat aldı
FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.
Oyun avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin