Azərbaycanlı hakim Konfrans Liqasının pley-off matçına təyinat alıb

FİFA referisi Elçin Məsiyev təyinat alıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Oyun avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button