
Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək
FİFA referisi Rauf Cabarov UEFA-dan yeni təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının birincin təsnifat mərhələsində iyulun 20-də keçiriləcək “Vlajniya” (Albaniya) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin