Azərbaycanlı hakim Konfrans Liqası oyununa təyinat aldı
Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Konfrans Liqası oyununa təyinat alıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, 1-ci təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.
Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
İyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin