
Azərbaycanlı hakim-inspektor Türkiyə millisinin oyununa təyinat alıb
Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Polşa matçında iş başında olacaq.
Oyun dekabrın 17-də, Bakı vaxtı ilə saat 17:00-da Ərzurum şəhərində baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin