Azərbaycanlı hakim-inspektor “Şerif”in oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli “Şerif” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da təşkil ediləcək.
Oyun avqustun 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin