
Azərbaycanlı hakim-inspektor Almaniya millisinin oyununa təyinat aldı
Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.
Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, Almaniya və Latviya yığmaları arasında keçiriləcək DÇ-2024-ün Avropa zonası üzrə seçmə matçında iş başında olacaq.
Səmədli Rumıniyadan olan hakimlər briqadasının işini qiymətləndirəcək.
Qarşılaşma martın 3-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin