Azərbaycanlı hakim İngiltərə millisinin oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun məlum olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı referi B qrupundakı Çexiya – İngiltərə matçında ədaləti qoruyacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək gösətərəcəklər. İtaliyalı Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi əyləşəcəklər. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq.

Çexiya – İngiltərə oyunu iyunun 12-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button