Azərbaycanlı hakim Çempionlar Liqası matçına təyinat alıb

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişilər arasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin matçını idarə edəcək.

O, “Melina Merkuri” arenada gerçəkləşəcək “Olimpiakos” (Yunanıstan) – “Quaquas” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Matçın ikinci hakimi funksiyasını polşalı Aqneşka Miçlik yerinə yetirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button